"Sanki onun qızıdır..."

Kambocadakı Anqkor Vat məbədinin qarşısında çəkdirdiyi fotonu sosial şəbəkələrdəki profillərində paylaşandan sonra amerikalı bloqer Klaudia Sulevski bir gündə məşhurlaşıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, ABŞ-ın Çikaqo şəhərində yaşayan 21 yaşlı K.Sulevski bu fotoda "Tomb Raider" filmində Ancelina Coliyə bənzəyir.

Twitter istifadəçiləri Klaudianın fotosunu paylaşaraq yazıblar: "Sanki, Ancelina Colinin qızıdır..."

Klaudianın dediyinə görə, fotosunda "Lara Kroft"a bənzədiyini düşünməzdi.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin