ANAMA-dan "Report"a verilən məlumata görəş, 138 ədəd partlamamış hərbi sursat (PHS), 200 ədəd partlamış-yanmış mərmi qalıqları və 1270 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 924 284 kv.m (92.43 ha) ərazi yoxlanılmışdır.
Ümumiyyətlə, 62 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 14 403 ədəd partlamamış hərbi sursat (PHS), 6 467 ədəd partlamış-yanmış sursat qalıqları və 61 002 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 60 615 642 kv.m (6 062 ha) ərazi yoxlanılmışdır.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.