"Hər şey daxil" verilişinin bugünkü buraxlışı 39 yaşını qeyd edən məşhur sənətçi Namiq Qaraçuxurluya həsr edilib.

Milli.Az xəbər verir ki, veriliş heyəti Namiq üçün bir sürpriz də hazırlayıb. Belə ki, aparıcılar "Namiq, alo de" sözləri ilə tanınmış meyxanaçıya müraciət ediblər. Namiq Qaraçuxurlu "alo" dedikdə səhər saatlarında telefonun o tayında canlı yayımda onunla danışmaq istəyən şəxsin keçmiş duet ortağı Könül Kərimova olduğunu bilib. Könül Kərimova sənət yoldaşını doğum günü münasibəti ilə təbrik edib və "Harada olsan, gəlib səni təbrik edəcəm" sözləri ilə fikirlərini tamamlayıb. Namiq təbrikə görə xanım həmkarına təşəkkür edib.

Bundan sonra aparıcılar "Mahnı gəlsin" dedikdən sonra canlı yayımda Namiqin Könül ilə bir zamanlar çox sevilən duetləri səslənib. Bu məqamda Könül Kərimova studiyaya daxil olub və cütlük illər sonra həmin mahnını canlı yayımda ifa ediblər.

Qeyd edək ki, Namiq ona hazırlanan bu sürprizdən təəccübünü gizlədə bilməyib.

Verilişdən həmin məqamları təqdim edirik:

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Könül Kərimova canlı yayımda Namiq Qaraçuxurlunu ALDATDI - Bircə səhvinin  ucbatından rəzil oldum... - VİDEO - FOTONamiq Qaraçuxurlu & Könül Kərimova - Cavanlıq Səhvi