ATV-nin bu mövsüm ekran həyatına başlayan “Ögey ana” serialında aktyorların maaşı gecikib.

Publika.az-adaxil olan məlumata görə, aktyorlar iki aydır maaşlarını ala bilmir.

Məsələ ilə bağlı serialda rol alan aktrisa Zemfira Əbdülsəmədova ilə əlaqə saxladıq. O bildirdi ki, maaşlar artıq verilib:

“Bu yaradıcı heyətin səhvi deyildi. Problemlər yarananda həll olunur. Dünən maaş almışıq”.

Qeyd edək ki, “Ögey ana” serialı həftəiçi beş gün yayımlanır.

Pərviz Hüseyn