Rusiyada keçirəcək DÇ-2018-in daha bir iştirakçısı məlum olub.
Milli.Az xəbər verir ki, Avstraliya yığması 3:1 hesabı ilə Hondurası məğlub edib və Rusiyaya yollanmağını təsdiqləyib.
Avstraliya millisinin 3 qolunu da komandanın kapitanı Mile Yedinyak vurub. Hondurasın qolunu isə Maynor Fiqeroa öz adına yazdırıb.
Qeyd edək ki, Hondurasda baş tutan ilk oyun bərabərliklə bitmişdi.
Adil Nəcəfov
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində