2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

Publika.az xəbər verir ki, bu, Avstraliya yığmasıdı. Bu ölkənin yığma komandası qitələrarası pley-off mərhələsi çərçivəsində Hondurasla duellərdən (ilk oyun 0:0, cavab oyunu 3:1) qalib ayrılıb.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 31-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, İsveçrə, Xorvatiya, İsveç və Xorvatiya yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.