İngiltərənin Linkolnşir qraflığındakı Nokton Hollda yerləşən hərbi hospitalın uçuq, viranə qalmış dəhlizi. 400 metr uzunluğunda bu dəhliz Fars Körfəzindəki ilk savaşda, "Səhrada tufan"da yaralanan əsgərlərin müalicəsi üçün hazırlanmış palataların qapılarının və pəncərələrinin açıldığı məkandı.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1984-cü ildəki həmin savaşda İraqda britaniyalı hərbçilər arasında cəmi 35 nəfər yaralandığından, hospital gərəksiz qaldı.
O, indi atılmış vəziyyətdədir.
Fotoqraf Mett Emmettin çəkdiyi və dəhlizin əks olunduğu şəkil nüfuzlu "Historic Photographer of the Year Awards" müsabiqəsində qalib sayılıb.
Müsabiqədə Boliviyadakı qatarlar məzarlığından Kambocada ağac kökləri arasında qalmış Budda kəlləsinədək ən müxtəlif məqamların əks olunduğu fotolar finala çıxıb.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin