ANAMA-dan "Report"a verilən məlumata görə, 191 ədəd partlamamış hərbi sursat (PHS), 163 ədəd partlamış-yanmış mərmi qalıqları və 412 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 337 500 kv.m (33.75 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 80 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 20 095 ədəd partlamamış hərbi sursat (PHS), 9 636 ədəd partlamış-yanmış sursat qalıqları və 70 830 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 70 936 762 kv.m (7 094 ha) ərazi yoxlanılmışdır.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.