"Xəzər" telekanalında yayımlanan "Hər şey daxil" verilişində hər həftə ekspert qismində iştirak edən prodüser Tolik (Tarix Əliyev) yenə qalmaqallı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, prodüser yerli şou əhli ilə qardaş Türkiyə məşhurlarını müqayisə etməyə çalışıb.

"Manaf özünə deyir ki, "Mən İbrahiməm", bəs Bülent Ersoy kimdir?"

Tolikin sözügedən müqayisəsini təqdim edirik:

"Brilliant Dadaşova Azərbaycanın Ajda Pekanıdır. Amma bizdə Bülent Ersoy kimdi e..., mənə maraqlıdır. Görün indi kim olar?! Çox maraqlıdır. Məsələn, İbrahim Tatlısəs - Manaf özünə deyir ki, "Mən İbrahiməm".

Məhəmməd Vaqif

Milli.Az