Azərbaycanda baş verən ağır qəzada bir ailənin 5 üzvü xəsarət alıb

Azərbaycanda baş verən ağır qəzada bir ailənin 5 üzvü xəsarət alıb
00:05 10 Yanvar 2015
146 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki,bu gün axşam saatlarında Bakı-Qazax avtomagistralının 378-ci kilometrildiyində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib. Belə ki, bir ailənin üzvü Vahid Süleymanovun idarə etdiyi VAZ 2107 markalı avtomobillə üzü Qazax hərəktədə olarkən yolun əks istiqaməti ilə hərəkətdə olan "Niva" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Niva"nın sərnişini Elnur Hüseynov, həmçinin VAZ sürücü və onun sərnişinləri Zərifə Süleymanova, Səbinə Süleymanova, Dilarə Vahid Süleymanovlar ağır bədən xəsarətləri ilə Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı DYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Həkim Rafael Əsədovun verdiyi məlumata görə, xəstələrin hamısı bir ailənin üzvləridir:

"Babası Süleymanov Vahid İzzət oğlu 1956-ci ildəndir. Döş qəfəsinin, burunun əziniyi, onun həyat yoldaşı, Zərifə Süleymanovda döş qəfəsinin, aşağı ətraflarda əzinik diaqnozu qoyulub, gəlinləri Səbinə Süleymanovda aşağı ətrafın əzniyi var. Qəza zamanı avtomobildə iki nəfər ailənin nəvələri olub onların hər ikisinə baxılıb, yardım olunduqdan sonra 2 nömrəli şəhər uşaq xəstəxanasına göndərilib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR