Aktyor əri Bred Pittdən boşanan Hollivud ulduzu Ancelina Coli bu dəfə Nyu-Yorkda görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ulduz rejissoru olduğu "First They Killed My Father: A Daughter of Cambodia Remembers" ("Əvvəlcə onlar atamı öldürdülər: Kambocalı qızın xatirələri") filminin təqdimetmə mərasimi üçün oraya gedib.

Nyu-York küçələrindən birində paparazzilərə tuş gələn aktrisanın yanında övladları da olub.

Milli.Az