Xalq artisti Brilliant Dadaşova ilə əməkdar artist Abbas Bağırov barışıb. Lent.az-ın məlumatına görə, A.Bağırov B.Dadaşova ilə birgə çəkilmiş şəklini sosial şəbəkədə paylaşaraq bildirib ki, foto yeni illə bağlı verilişdə çəkilib.
Qeyd edək ki, ifaçılar arasında qalmaqal “Aləm gözəl” mahnısına görə olmuşdu. A.Bağırov bir müddət öncə xalq artistinə barışıq jesti etsə də “yox” cavabı almışdı.