Əməkdar artist Abbas Bağırov xalq artisti Brilliant Dadaşova ilə fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, illərdir küsülü olan müğənnilərin bir arada olması diqqət çəkib.

Abbas Yeni il çəkilişi üçün bir araya gəldiyini vurğulayıb.

Qeyd edək ki, B.Dadaşova ilə A.Bağırov arasındakı qalmaqala "Aləm gözəl" mahnısı səbəb olmuşdu. A.Bağırov mahnını oxuyub, onu Anar Məmmədovun yazdığını demişdi. B.Dadaşova isə bəstəni Ramal İsrafilovun onun istəyi ilə onun üçün yazdığını iddia etmişdi.

Bağırov bir il əvvəl açıqlama verərək, Dadaşovaya barışıq əli uzatmışdı. Amma Brilliant onun bu addımına "yox" cavabını vermişdi:

"Nə söz atın, nə küsün, nə də barışıq addımı atın. Abbas da gözəl musiqiçidir, istedadlıdır. Çox səhvləri var".

Milli.Az