"Flamenqo"nun baş məşqçisi Reynaldo Rueda Çili millisində çalışacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Fuedanın təyinatı yanvarda rəsmiləşəcək. Çili Futbol Federasiyası məşqçi ilə müqaviləyə görə Braziliya klubuna 1 milyon avro ödəyəcək.

Çili millisi Xuan Antonio Pizzinin istefasından sonra məşqçisiz qalıb. O, komandanı 2018-ci il dünya çempionatına çıxara bilməyəndən sonra istefaya göndərilmişdi. 60 yaşlı Rueda 2010-cu ildə Hondurası mundiala çıxarmışdı. Onun karyerasında əsas uğur 2016-cı ildə "Atletiko Nasional"a "Libertadores" kubokunu qazandırmasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində