Bir müddət öncə ayağı əzilərək xəstəxanaya yerləşdirilən meyxanaçı Namiq Qaraçuxurludan xəbər var. Lent.az-ın məlumatına görə, o, sosial şəbəkədə bildirib ki, bu saatlarda evə buraxılıb: “Başda həkimim olmaqla, bütün heyətə təşəkkürümü bildirirəm. Müalicəm ev şəraitində davam edəcək. Ən əsas zamana ehtiyac var. İnanıram ki, evimin abu-havası mənə bir az da yaxşı təsir edəcək”.
Qeyd edək ki, N.Qaraçuxurlu toydan evə gələrkən maşından düşmək istəyəndə ayağı səki qırağına dəyərək əzilmişdi. O dərhal xəstəxanaya yerləşdirilmişdi.
Bashda Reshad hekim olmaqla butun heyete teshekkurumu bildirirem. Mualicem ev sheraitinde davam edecek. En esas zamana ehtiyac var. Inaniramki evimin ab-havasi mene bir azda yaxshi tesir edecek. #buguneshukur