Millət vəkili Qənirə Paşayeva Cənubi Afrika, Anqola, Kenya və Qananın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə millət vəkili Azərbaycanla bağlı geniş məlumatlar verib. Q. Paşayeva bildirib ki, rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır öz ev-eşiyinə dönməsinə imkan vermir.
Cənubi Afrika, Anqola, Kenya və Qananın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri də Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini deyərək münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.
Millət vəkili Q. Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.