Bakı. 7 yanvar. REPORT.AZ/ İngiltərənin "Stok Siti" klubunun baş məşqçisi Mark Hyuz istefaya göndərilib.
“Report” xəbər verir ki, klub məşqçi ilə olan müqavilənin vaxtından əvvəl pozulduğunu bildirib.
"Biz Marka son 4 il yarımda nail olduqlarına görə minnətdarlıq edirik. Ona gələcəkdə uğurlar arzu edirik. Klub mümkün qədər tez bir zamanda yeni baş məşqçi tapmağa çalışcaq və hazırda bu vəziyyətə şərh verməyəcək", — deyə byanatda qeyd olunub.
Komanda 22 oyundan sonra aktivində 5 qələbə ilə turnir cədvəlinin 18-ci pilləsindədir.