İngiltərənin "Stok Siti" klubu baş məşqçi Mark Hyuzla yollarını ayırıb.

Publika.az xəbər verir ki, klub məşqçi ilə olan müqaviləyə vaxtından əvvəl xitam verildiyini bəyan edib.

"Biz Marka son 4 il yarımda nail olduqlarına görə minnətdarıq. Ona gələcəkdə uğurlar arzu edirik. Klub mümkün qədər tez bir zamanda yeni baş məşqçi tapmağa çalışcaq və hazırda bu vəziyyətə şərh verməyəcək", - deyə bəyanatda qeyd olunub.

Komanda 22 oyundan sonra aktivində 5 qələbə ilə turnir cədvəlinin 18-ci pilləsindədir.