İngiltərə FA kubokunda 1/32 final mərhələsi davam edir.
Milli.Az-ın apasport.az-a istinadən məlumatına görə, ikinci oyun günündə bir neçə Premyer Liqa komandası daha ilk oyunlarını keçiriblər.
İki il əvvəlki çempion "Lester" səfərdə "Fletvud"la bacarmayıb - 0:0.
"Suonsi" üçün də ilk oyun uğursuz alınıb. Komanda "Vulvs" səfərindən qolsuz qayıdaraq taleyini ikinci oyuna saxlayıb - 0:0.
"Uotford" doğma meydan amilindən layiqincə yararlanıb. "Qırmızı-qaralar" qonaq etdikləri "Bristol Siti"ni 3 cavabsız qolla yola salıblar - 3:0.
"Nyukasl" da evdə 3 qola sevinib, amma "sağsağanlar" qapılarında da bir qol da görüblər - 3:1.
"Mançester Siti" isə gücünü "Bernli"yə göstərib - 4:1.
"Sauthempton" səfərdə "Fulhem"dən üstün olub - 0:1.
"Vest Bromviç" də "Ekseter"ə eyni aqibəti yaşadıb, amma iki qolla - 0:2.
"Stok Siti" çempionşip təmsilçisi "Koventri" ilə bacarmayıb - 1:2.
"Bornmut" - "Viqan" oyununda da qalib müəyyənləşməyib - 2:2.
"Haddersfild" "Bolton"da üstün olub - 1:2.
Günün əsas sensasiyası isə son oyunda qeydə alınıb. "Çelsi" səfərdə "Norviç"ə qol vura bilməyib - 0:0.
Reqlamentə görə, qalib gələn komanda növbəti mərhələyə keçir, bərabərlik halında isə görüş yenidən oynanılır.
Milli.Az