İngiltərə FA kubokunda 1/32 final mərhələsi davam edir.

Publika.az-ın apasport.az-a istinadən məlumatına görə, ikinci oyun günündə bir neçə Premyer Liqa komandası daha ilk oyunlarını keçiriblər.

İki il əvvəlki çempion "Lester" səfərdə "Fletvud"la bacarmayıb - 0:0.

"Suonsi" üçün də ilk oyun uğursuz alınıb. Komanda "Vulvs" səfərindən qolsuz qayıdaraq taleyini ikinci oyuna saxlayıb - 0:0.

"Uotford" doğma meydan amilindən layiqincə yararlanıb. "Qırmızı-qaralar" qonaq etdikləri "Bristol Siti"ni 3 cavabsız qolla yola salıblar - 3:0.

"Nyukasl" da evdə 3 qola sevinib, amma "sağsağanlar" qapılarında da bir qol da görüblər - 3:1.

"Mançester Siti" isə gücünü "Bernli"yə göstərib - 4:1.

"Sauthempton" səfərdə "Fulhem"dən üstün olub - 0:1.

"Vest Bromviç" də "Ekseter"ə eyni aqibəti yaşadıb, amma iki qolla - 0:2.

"Stok Siti" çempionşip təmsilçisi "Koventri" ilə bacarmayıb - 1:2.

"Bornmut" - "Viqan" oyununda da qalib müəyyənləşməyib - 2:2.

"Haddersfild" "Bolton"da üstün olub - 1:2.

Günün əsas sensasiyası isə son oyunda qeydə alınıb. "Çelsi" səfərdə "Norviç"ə qol vura bilməyib - 0:0.

Reqlamentə görə, qalib gələn komanda növbəti mərhələyə keçir, bərabərlik halında isə görüş yenidən oynanılır.