Müğənni Rəqsanə İsmayılovanın müğənniliyə başlayan qızı Aysun İsmayılova ötən gün özünə ad günü keçirib. Lent.az-ın məlumatına görə, paytaxt məkanlarının birində keçirilən məclisdə Aysunun rəfiqələri və şou-biznesdən bir neçə tanınmış simaları olub. Gecə yarısına qədər davam edən ad günündə səbəbkar yeni yazdırdığı mahnıları ifa edib.

A.İsmayılova doğum günündə təəssüratlarını da bölüşüb: “Canım anam, kaş bu ad günümdə yanımda olardın”.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova uzun müddətdir Moskvada yaşayır.