Azərbaycan çempionu "Qarabağ" bu gün ölkəni tərk edib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "köhlən atlar" qış təlim-məşq toplanışı çərşivəsində Türkiyənin Antalya şəhərinə yola düşüb.
"Qarabağ"ın Antalyada baş tutacaq təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Ağdam komandasının "Kuban" (Rusiya), "Lexiya" (Polşa), "Şkupi" (Makedoniya), "Mariupol" (Ukrayna), "Sarayevo" (Bosniya və Hersoqovina) və "Mladost"la (Çernoqoriya) qarşılaşacağı planlaşdırılıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində