Gəncədə yaşayış evindən oğurluq edilib

12:17 10 Yanvar 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 12:14 ]


Gəncə. Azər Məmmədli – APA. Gəncədə yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlanıb.

 

Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhərinin Azərbaycan küçəsində yaşayan Eldar Tanrıquliyev idarəyə müraciət edərək bildirib ki, yanvarın 8-də evdə olmadığı zaman naməlum şəxs və ya şəxslər onun yaşadığı evə daxil olaraq oradan 7 min 650 manat nağd pul və 3 min manat dəyərində qızıl-zinət əşyaları aparıblar.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368632

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR