"Stoke City"nin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 48 yaşlı Pol Lambert komandanın sükanı arxasına keçib. Onunla 2020-ci ilin yayına kimi müqavilə imzalanıb. Lambert bu postda yanvarın əvvəlində istefaya göndərilən Mark Hyuzu əvəzləyib. Premyer Liqada geridə qalan 23 turdan sonra "Stok Siti" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Pol Lambertin son iş yeri "Vulverhempton" olub. O, məşqçilik karyerasında "lolçester Yunayted", "Norviç Siti", "Aston Villa" və "Bləkbörn Rovers"i də çalışdırıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində