Rusiyanın xalq artisti Lüdmila Sençina 67 yaşında dünyasını dəyişib.
Müğənni-aktrisa Sankt-peterburqda vəfat edib. Məlumatı sənətçinin prodüser əri Vladimir Andreyev yayıb: “Lüdmila petrovna bu gün səhər şəhər xəstəxanalarından birində dünyasını dəyişib. O, 6 ay əvvəldən xəstə yatırdı”.
Qeyd edək ki, Lüdmila Sençina 1970-80-ci illərdə bütün Sovet İttifaqında tanınırdı. Onun “Meşə maralı”, “Sənin ad günün”, “Zoluşka” mahnıları Sovet estradasının “Qızıl fond”una salınıb. //Axşam.az
Brilliant Dadaşova oğluna yazdığı şərhdən danışıb - "Söz vermişdi..."