İngiltərənin "Stok Siti" klubu öz rəsmi saytında "Qalatasaray"dan (Türkiyə) yarımmüdafiəçi Papa Aliune N'Diayenin transfer olunduğunu elan edib.
Milli.Az report-a istinadən xəbər verir ki, ingilis komandası 27 yaşlı seneqallıya görə 16 milyon dollar ödəyib.
Futbolçu ilə müqavilə 4 il müddətinə nəzərdə tutulub.
N'Diaye artıq yeni komandasında debüt edib. O, Premyer Liqanın 25-ci turunda "Uotford"la oyunda meydana çıxıb.
Yarımmüdafiəçi Türkiyə Superliqasında keçirdiyi 17 oyuna 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində