Brilliant Dadaşova ilk dəfə oğlu ilə qala gecəsinə birlikdə qatılıb.
Publika.az xəbər verir ki, dünən “Bəxt üzüyü 2” filminin qalası baş tutub. Qala gecəsinin qonaqları arasında Xalq artisti Brilliant Dadaşova və oğlu Cahad da olub. Müğənni kamera qarşısına keçib poza versə də, oğlu görüntülənməsini istəməyib. B.Dadaşova bunu oğlunun xəbərlərdə görünməyi sevmədiyi ilə izah edib.
Xalq artisti illərdir danışmadığı həmkarı Aygün Kazımova ilə barışması haqqında yayılan şayiələrə də aydınlıq gətirib: “Ətrafımızda olan insanları biz özümüz seçirik. Bəzən elə olur ki, kimlərisə yanımızda görmək istəmirik. Küsmək və barışmaq məsələsi deyil. Sadəcə belə qərar vermişəm”.