Ermənistan PKK terrorçularına işğal etdiyi Dağlıq Qarabağda təlim keçir. ABŞ Suriyanı yeni raket zərbələri endirməklə hədələyib. Vaşinqton Moskvadan indiki beynəlxalq siyasət kursundan imtina etməyi tələb edib. PKK liderinin ABŞ-a göndərdiyi gizli məktublar üzə çıxıb. Türkiyə “Zeytun budağı” əməliyyatının davam etdiyi Afrində küçə döyüşlərinə hazırlaşır. Kiyev Moskvanı Suriya müharibəsinə göndərilməsi üçün Donbasda könüllülər toplamaqda ittiham edib.

“Ermənistan PKK terrorçularına işğal etdiyi Dağlıq Qarabağda təlim keçir”. Bu barədə Yaxın Şərq üzrə ekspert Əli Hacızadə deyib.

Ekspert qeyd edib ki, Ermənistan işğal etdiyi Qarabağı PKK ilə birgə istifadə edir.

“Suriya və İraqdan gətirilən PKK terrorçuları bu bölgələrə yerləşdirilir. PKK üçün xüsusi düşərgələr qurulmasa da, Ermənistan terrorçulara öz ordusunun düşərgələrini verir. Bununla yanaşı, Ermənistan PKK terrorçuları üçün sığınacaq, tibbi yardım və kəşfiyyat dəstəyi verir. Qarabağdakı PKK düşərgələri Türkiyə və Azərbaycana qarşı istifadə edir”, - deyə o bildirib.

ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makgurkun (Türkiyədə “müstəmləkə valisi” adlandırılır - red.) PKK məsələsinin həlli prosesində təşkilatın lideri Abdullah Öcalanla məktublaşdığı ortaya çıxıb. Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.

ABŞ Öcalanın təkliflərini Suriyanın şimalında həyata keçirməyə çalışdığı plana daxil edib.

Qarabağdakı terror DÜŞƏRGƏLƏRİ, martda müharibə BAŞLAYIR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyəyə qarşı plan həbsxanada hazırlanıb – Gizli məktublarda verilən DƏHŞƏTLİ TƏLİMATLAR