Bu gün İngiltərə Premyer Liqasında 26-cı tura start veriləcək.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, turun ilk oynunda "Mançester Siti" "Bernli"nin qonağı olacaq.

"Şəhərlilər"in ən yaxın izləyicisi "Mançester Yunayted" isə evdə "Haddersfild"lə qarşılaşacaq.

Turun mərkəzi oyunu bazar günü keçiriləcək. "Liverpul" doğma meydanda "Tottenhem"i sınağa çəkəcək.

İngiltərə Premyer Liqası, 26-cı tur

3 fevral

16:30 Bernli - Mançester Siti
19:00 Bornmut - Stok Siti
19:00 Brayton - Vest Hem
19:00 Lester - Suonsi
19:00 Mançester Yunayted - Haddersfild
19:00 Vest Bromviç - Sautqempton
21:30 Arsenal - Everton

4 fevral

18:15 Kristal Pelas - Nyukasl
20:30 Liverpul - Tottenhem

5 fevral

00:00 Uotford - Çelsi

"Liverpul", yoxsa "Tottenhem"?

Bombardirlər: Keyn (Tottenhem) - 21, Salah (Liverpul) - 19.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində