Türkiyəli aktyor Kıvanç Tatlıtuğ siması olduğu cins markasının reklamı üçün yenidən kameralar qarşısına keçəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun bu dəfəki tərəf müqabili "Victoria's secret"in mələyi Romi Strij olacaq.

Yaz-yay kolleksiyasını Romi ilə təqdim edən Kıvançın reklamı indidən maraq doğurub. Hər kəs reklamın ssenarisinin necə olacağını və xanımı Başak Dizerin aktyoru qısqanıb-qısmanmayacağını düşünür.

Reklamın özünün hələ nə vaxt yayımlanacağı bəlli deyil.

Milli.Az