Keçmiş futbolçu Devid Bekhemlə britaniyalı dizayner Viktoriya Bekhemin böyük oğlu Bruklin sevgilisi Xloe Moretzlə görüntülənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük gecə klubundan çıxarkən kameraların hədəfində olub. 21 yaşlı sevgilisinini əlindən bərk-bərk tutan Bruklin xarici görünüşü ilə diqqət çəkib.
Göz karandaşı çəkən Bekhem dodaq boyasından da istifadə edib. Sosial şəbəkə izləyiciləri "Görəsən, dodaq boyası çəkib, yoxsa sevgilisini öpüb?" şəklində şərhlər yazıblar.
Milli.Az