"Victoria's Secret" brendinin ən məşhur "mələk"lərindən olan Kendis Sueynpul həmkarı və rəfiqəsi Dautsen Kreslə birlikdə Braziliynın Bahiya kurortundadır.

Milli.Az The Sun-a istinadən bildirir ki, əslən Cənubi Afrika Respublikasından olan 29 yaşlı hamilə model çimərlikdə olarkən reportyorların kameralarından yayına bilməyib.

K.Sueynpul ötən ilin əvvəllərindən bəri Hermann Nikoli ilə qeyri-rəsmi nikahdadır.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin