Nyu-York Moda Həftəsi çərçivəsində britaniyalı dizayner Viktoriya Bekhemin də dəfiləsi keçirilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, dizayneri izləməyə gələnlər arasında futbolçu həyat yoldaşı Devid Bekhem və uşaqları da olub. Ailəsinin dəstəyinin onun üçün çox önəmli olduğunu bildirən Viktoriya "Ailəm sirki xatırladır: oxuyuruq, rəqs edirik, futbolla və moda ilə məşğul oluruq" deyib.
V.Bekhem dəfilədən sonra ailə üzvlərinin yanına gələrək, onları qucaqlayıb.
Milli.Az