“iPhone”u əlindən alınan adam necə olur?

“iPhone”u əlindən alınan adam necə olur?
04:46 11 Yanvar 2015
179 Digər
Ölkə mətbuatı
A- A+

Amerika alimləri tədqiqat keçirərək aydınlaşdırmaq istəyiblər ki, əgər "iPhone" smartfonu sahibindən alınsa, bu, onun psixi vəziyyətinə necə təsir edər.

ANS PRESS-in məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, zəngə cavab vermək imkanı olmadıqda abunəçi müəyyən narahatlıqlar keçirməyə başlayır. Məsələn, ürək ritmi tezləşir, arterial təzyiq artır, həmçinin həyəcanın səviyyəsi yüksəlir. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.

Tədqiqat çərçivəsində könüllülər məntiqi məsələlər həll etməli olublar. Bu məsələlərin icrası zamanı onların təzyiqi ölçülüb: alimlər könüllülərdən "iPhone" smartfonlarını alaraq belə izah veriblər ki, simsiz rabitə modulları ölçü cihazlarına mənfi təsir edir.

Məsələlərin həlli zamanı könüllülərin mobil telefonlarına bəzi zənglər gəlib, ancaq onların cavab vermək imkanı olmayıb. Bu halda məsələnin həllinin axtarışı daha çox vaxt alıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR