Futbol üzrə Çernoqoriya çempionatında 21-ci turun oyunları keçirilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun bu qış transfer olunduğu "Deçiç" klubu da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Qrbal"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Tural bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, "Deçiç" geridə qalan turlarda cəmi 16 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.

Milli.Az