İngiltərə Premyer Liqasında 29-cu tura start verilib.
Publika.az xəbər verir ki, turun ilk oyununda
“Bernli” “Everton”u qəbul edib. Türkiyəli hücumçu Cenk Tosunun
İngiltərə ilk qolunu vurduğu bu oyunda komandası məğlubiyyətlə
üzləşib.
"Lester" doğma meydanda "Bornmut"la heç-heçəyə razılaşıb.
"Tottenhem" "Haddersfild" üzərində inamlı qələbəyə sevinib.
"Liverpul" da "Nyukasl"ı məğlub yola salıb.
Turun mərkəzi oyunu sabah keçirləcək. Lider “Mançester Siti” evdə “Çelsi” ilə qarşılaşacaq.
İngiltərə Premyer Liqası, 29-cu tur
3 mart
Bernli - Everton 2:1
Qol: Barnes, 56. Vud, 80 - C.Tosun, 20.
Lester - Bornmut 1:1
Qol: Mahrez, 90 - Kinq, 35-pen.
Sauthempton - Stok Siti 0:0
Suonsi - Vest Hem 4:1
Qol: S.Y.Ki, 8. Horn, 32. Kinq, 48. Ayyu, 63-pen -
Antonio, 79.
Tottenhem - Haddersfild 2:0
Qol: H.M.Son, 27; 54.
Uotford - Vest Bromviç 1:0
Qol: Dini, 77.
Liverpul - Nyukasl 2:0
Qol: Salah, 40. Mane, 55.
4 mart
17:30 Brayton - Arsenal
20:00 Mançester Siti - Çelsi
5 mart
00:00 Kristal Pelas - Mançester Yunayted