Dünən Xalq artisti Eldar Mansurov oğlunun toyu olub.
Publika.az xəbər verir ki, toyda tanınmış
aparıcı Zemfira Adıgözəlova da iştirak edib. O, toydan çəkilən
şəkilləri instaqramda paylaşıb.
Xalq artistinin oğlunun şad günündə Aygün Kazımova, Faiq Ağayev,
Manana, Samirə Allahverdiyeva, eləcə də incəsənət aləminin tanınmış
simaları qonaq olub.