Fələstinli model Bella Hadid "Real Madrid" - "PSJ Fransa" matçını izləmək üçün stadiona gedib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 21 yaşlı model stadionda 42 yaşlı keçmiş futbolçu Devid Bekhemlə rastlaşıb.

Paparazzilərə tuş gələn ikili tanışdıqları üçün məmnun görünüblər.

Bəzi mənbələr Bella və Devidin bir-birilərindən xoşlandığını və görüşdüyünü qeyd etsə də, bəziləri Bekhemin ailəsinə bağlı olduğunu yazıb.

Qeyd edək ki, futbolçu stilist Viktoriya Bekhemlə ailəlidir. Onların 4 övladı var.

Hadidin isə basketbolçu Cordan Klarksla sevgi münasibətinə başladığı bildirilib.

Milli.Az