“Mançester Siti”nin hücumçusu Serxio Aquero zədələnib.
Metbuat.az-ın xəbərinə görə, bu haqda futbolçunun rəsmi Tvitter səhifəsi məlumat yayıb. Dünən komandasının məşqində dizində ağrılar hiss edən argentinalı hücumçunun 2 həftə futbol oynaya blməyəcəyi məlum olub.
Beləliklə, Aquero Premyer Liqanın qarşıdakı 2 matçında – “Stok Siti” və “Brayton”la görüşlərdə komandasına kömək edə bilməyəcək.