İngiltərənin "Sauthempton" klubunun yeni baş məşqçisi bəlli olub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanı uelsli mütəxəssis Mark Hyuz çalışdıracaq.
Premyer Liqa təmsilçisi 54 yaşlı məşqçi ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.
Qeyd edək ki, Hyuz "Blekbern", "Mançester Siti", "Fulhem", KPR və "Stok Siti" kimi klubları çalışdırıb.
Milli.Az