Bir müddətdir ki, İnstaqram-da şərhləri bağlama funksiyası fəaliyyətə başlayıb. Bu funksiyadan ən çox istifadə edənlər isə şou-biznes nümayəndələridir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məşhurların paylaşımlarına yüzlərlə təhqir yazılır. Onlar da bunların qarşısını almaq üçün tək çarə şərh bölməsini bağlamaqda görürlər.

İnstaqramda şərhləri bağlayan məşhurlar kimlərdir?

Əməkdar artist Röya Ayxan yazılan təhqirlərə ən çox reaksiya verən müğənnidir. O, bir dəfə onu təhqir edən izləyicisini tapıb, cəzalandırmışdı. İndi isə sənətçi paylaşımlarının əksəriyyətində şərhləri bağlı saxlayır. O, yalnız mahnılar paylaşanda şərh bölməsini açıq qoyur.

İnstaqram-da şərhlərdən "qorxan" məşhurlar - FOTO

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə qəribə fotolar paylaşan tanınmışlardandır. Bəzən açıq-saçıq foto yayımlayan, bəzən isə varını-dövlətini nümayiş etdirən sənətçiyə yüzlərlə tənqid yazılır. Hər dəfə də Rəqsanə yazılan tənqidlərdən sonra şərh hissəsini bağlayır.

İnstaqram-da şərhlərdən "qorxan" məşhurlar - FOTO

Müğənni Ayan Babakişiyeva da bir çox paylaşımında şərh hissəsini bağlayıb. Sənətçi daha çox öz fotolarında bunu edir.

İnstaqram-da şərhlərdən "qorxan" məşhurlar - FOTO

Müğənni Elnur Məmmədov da son vaxtlar bütün paylaşımlarındakı şərh hissəsini bağlı saxlayır. Ötən ildən bu yana, demək olar ki, Elnurun heç bir paylaşımına izləyiciləri rəy yaza bilmir.

İnstaqram-da şərhlərdən "qorxan" məşhurlar - FOTO

Müğənni Günay İbrahimli çox nadir hallarda paylaşımlarında şərh hissəsini bağlayır. Məsələn, bu yaxınlarda Günay avtomobili ilə foto paylaşmış və şərh yazmaq funksiyasını bağlamışdı. Amma Günay ona yazılan tənqidi şərhləri də silməyi unutmur.

İnstaqram-da şərhlərdən "qorxan" məşhurlar - FOTO

Aktyor Elşən Orucovun da son vaxtlar paylaşımlarına şərh yazılmasına icazə verməməsi diqqət çəkib. Ən çox da yeni evlənən aktyor toy şəkillərində şərh hissəsini bağlayıb.

İnstaqram-da şərhlərdən "qorxan" məşhurlar - FOTO

Müğənni Gülay Zeynallı İnstaqram səhifəsini bağlı saxlayır, hətta yalnız xanım pərəstişkarlarını qəbul edir. Amma buna baxmayaraq Gülay 252 min izləyicisi olan səhifəsində bir çox paylaşımlarında şərh hissəsini bağlı saxlayır.

İnstaqram-da şərhlərdən "qorxan" məşhurlar - FOTO

Müğənni Şəbnəm Əsədova da bəzi hallarda paylaşımlarındakı şərh hissəsini bağlayır. Şəbnəm daha çox şəxsi həyatı ilə bağlı paylaşımlar edəndə bu addımı atır.

İnstaqram-da şərhlərdən "qorxan" məşhurlar - FOTO

Müğənni Natavan Həbibi də şərh bağlama funksiyasından istifadə edənlərdəndir. Amma sənətçi çox nadir hallarda bu addımı atır.

İnstaqram-da şərhlərdən "qorxan" məşhurlar - FOTO

İnstaqramda heç vaxt şərh bölməsini bağlamayanlar da var. Onlardan biri də xalq artisti Aygün Kazımovadır. Müğənni hətta yazılan təhqirləri də silmir.

İnstaqram-da şərhlərdən "qorxan" məşhurlar - FOTO

Müğənnilər Elvin Abdullayev, Kərim Abbasov, Sevda Yahyayeva, Aysel Əlizadə, xalq artisti Məleykə Əsədova, aparıcılar Afaq Gəncəli, Zaur və Günay Baxşəliyevalar şərh bölməsini bağlamırlar.

Milli.Az