"Stok Siti" klubu 29 yaşlı müdafiəçi Erik Pitersi cəzalandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland futbolçu 70 min funt cərimə ödəməli olacaq. Buna səbəb Pitersin Premyer Liqanın 31-ci turunda "Everton"a qarşı oyun ərəfəsində gecə klubuna getməsidir. Həmin oyun Cenk Tosunun dublu sayəsində Liverpul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. Hazırda "Stok" yüksək dəstədə qalmaq uğrunda mübarizə aparır.

Milli.Az