Əməkdar artist Zemfira Sadıqova həmkarının ona etdiyi paxıllıqdan danışıb.
Milli.Az-a açıqlama verən aktrisa bunları bildirib:
"Həsən Seyidbəylinin "Sən niyə yaşayırsan?" adlı bir əsəri var idi. Universitetdə oxuyanda bu əsəri tamaşaya qoyurduq. Bir aktrisa var idi, indi bilmirəm var, yoxsa rəhmətə gedib. Heç adını da çəkmək istəmirəm. Bu əsərdə mənə gəlinin rolunu vermişdilər, həmin aktrisa da mənimlə dublyor idi. Məşq zamanı birdən qayıtdı ki, mən Zemfira ilə oynamaq istəmirəm.
Rejissor çox hirsləndi ki, bu, nə danışıqdır, nə hərəkətdir? Bu söhbət gedib universitetimizin o vaxtkı rektoru Rahib müəllimin qulağına çatanda həmin qızı universitetdən qovmuşdular. Təbii ki, o, həmin rolu ondan yaxşı oynayacağımdan qorxurdu".
Əli Rəhimoğlu
Milli.Az