Avropa Liqasının 1/4 finalında keçirdiyi ilk oyunda CSKA-nı qəbul edən "Arsenal" 4:1 hesablı qələbə qazanıb.
Milli.Az goal.az xəbər verir ki, "topçular" ardıcıl 4 oyunda 3-dən az olmayaraq fərqlənib. Venqerin komandası daha öncə "Stok Siti" və "Uatford"a 3:0, "Milan"a 3:1 qalib gəlmişdi. Sonuncu dəfə "Arsenal" 2011-ci ilin yanvarında buna bənzər seriya göstərmişdi. London klubu CSKA-nın qapısına ilk hissədə 4 qol vurmaqla Avrokuboklarda 14 il əvvəlki statistikasını da təkrarlayıb.
Sonuncu dəfə "Arsenal" Çempionlar Liqasında "Rosenborq"un qapısına ilk hissədə 4 qol vurmuşdu. 2004-cü ilin dekabrında baş tutan qarşılaşma İngiltərə təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Milli.Az