Bakıda 22 yaşlı qız cinayət başında yaxalandı

Bakıda 22 yaşlı qız cinayət başında yaxalandı
19:05 11 Yanvar 2015
181 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda mağazadan oğurluq edən gənc qız tutulub. Lent.az-ın məlumatına görə, 9-cu Polis Bölməsinə müraciət edən 1988-ci il təvəllüdlü Rzayev Nicat Bəxtiyar oğlu Nizami küçəsi 42 ünvanında yerləşən "Zara" geyim mağazasında məsul vəzifədə çalışdığını deyib. N.Rzayev qeyd edib ki, mağazadan oğurluq edən Quba rayon sakini, 1993-cü il təvəllüdlü Mirzəyeva Xatirə Fəxrəddin qızını cinayət başında yaxalayıb.
 
N.Rzayev 22 yaşlı qızı istintaqa təqdim edib.
 
Bildirilir ki, oğurluq edən qız elə həmin mağazada işləyirmiş. O, geyim əşyaları oğurlayarkən yaxalanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/318489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR