Gicirtkən çoxillik bitki olub gicirtkənkimilər fəsiləsinə daxildir. O Avropa, Asiya, Afrika, Avstraliya və Şimali Amerikanin əksər bölgərində yetişir. Ona hətta, Hindistanda, MDB ölkələrində, Çində, Yaponiyada, İngiltərədə də rast gəlinir. Bizim ölkəmizin demək olar ki, bütün bölgələrində gicirtkən yabanı halda yetişir.
Gicirtkən hər bir ölkənin dilində özünəməxsus adlandırırlar. Onun kökü möhkəm olur, gövdəsi və yarpaqları isə nazik yumşaq yandırıcı təbəqə ilə örtülür.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, gicirtkənin tərkibində fitonsidlr, kükürd, fenol turşusu, dubil maddələr, fol turşusu, xolin(B4), beta-karotin, H vitamini, E vitamini var. Onun gövdəsi və yarpaqları efir yağları, sirotinin, porfirin, pantoten,fenolkarbon turşusu, flavonidlər, qlizodurqitsin, histamin ilə zəngindir. Gicirtkənin yarpaqlarında olan nazik tükcüklərin tərkibində kremninem, qarışqa turşusu, asetilxonil var. Onun toxumları isə linolen turşusu, C vitamini ilə zəngindir. Gicirtkıninn tərkibində olan C vitamini orqanizmin immunitetini yüksəltmək və möhkəmləndirmək qabiliyyətinə maikdir. Tərkibində olan K vitamini orqanizmdəki iltihabi prosesləri aradan qaldırır, qanın laxtalanma qabiliyyətini yaxşılaşdırır. Tərkibində olan B qrup vitaminlər, bor çox sinir xəstəliklərinin əlamətlərinin azalmasına səbəb olur. Gicirtkəndə olan kalsium və fosfor sümüklərin və dişlərin möhkəmlənməsinə səbəb olur. Kalium və maqnium qarışımı ürək-damar sisteminin funksiyasının yaxşılaşmasında aktiv rol oynayır. Gicirtkənin tərkibində olan fol turşusu dəmir defisit anemiya zamanı çox faydalıdır. Gicirtkən orqanizmdə olan bakteriya və toksinlərə qarşı mübarizə apara bilmək qabiliyyətinə malikdir və radiasiya şüalarının orqanizmdən zəmizlənməsinə səbəb olur.
Müalicə məqsədilə ən çox gicirtkənin yaz aylarında yığılan yarpaqlarından istifadə edilir. Bu bitkinin yarpaqlarını ay işığında toplayırlar. Bünün bu saatında gicirtkən öz müalicəvi gücünü tam toplamış olur.
Gicirtkənin bir çox müalicəvi xüsusiyyətləri vardır. Gicirtkən qanaxmanı dayandırır, sidikqovucu və ödqovucu təsirə malikdir. O orqanizmdəki iltihab əlamətlərini aradan qaldırır, mədə-bağırsağın selikli qişasını bərpa edir, aybaşı pozğunluqlarını aradan qaldırır. Qərb ölkələrində gicirtkəndən şiş xəstəlikləri zamanı istifadə edilir. O qıcolmaları aradan qaldırır və bəlğəmgətirici təsirə malikdir.
Tərkibində xlorofillər olan gicirtkən qadın cinsi orqanlarının xəstəlikləri zamanı, bağırsaq xəstəliklərində, yaraların regenerasiya olunması məqsədilə də geniş istifdə edilir. Eksperimentlər gicirtkənin qanda hemoqlobinin miqdarını artırdığını və karbohidrat mübadiləsini sürətləndirdiyini sübut etmişdir. Gicirtkən toxumları qadınları sonuzluqdan xilas edir, impotensiyanı aradan qaldırır. Bunun üçün onun toxumlarını bananla qarışdırıb, uzun müddət davamlı olaraq yemək lazımdır.
Təzə sıxılmış gicirtkən yarpaqları və toxumlarının şirəsi osteomielitin və həzm sistemi pozğunluqlarının, oynaqlarda olan duzların müalicəsinə yardım edir. Təzə sıxılmış gicirtkən şirəsi ilə yaraları dezifeksiya etdikdə yaralar qısa bir zamanda sağalır və zədələnmiş nahiyə tez bərpa olunur. Sidikqovucu təsirə malik olduğu üçün gicirtkən şirəsindən böyrək daşı xəstəliklərində, astitdə, revmatizmdə istifadə edilir. Artritlərin və osteoxondrozların mülicəsi , bağların gərilməsi zamanı gicirtkən yağının faydası böyükdür. Gicirtkən yarpaqlarından çoxlu dərmanlar, vitamin çayları, bağırsaq yumşaldıcı çaylar hazırlanır.
Gicirtkən yarpaqlarından dəmlənmiş çaylar orqanzimdə aşağıdakı hallarda effektlidir:
* uşaqlıq, mədə, ağ ciyər, babasil qanaxmaları
* dizenteriya və ishal zamanı
* mədə patologiyaları zamanı
* frunkullarda
* soyuqdəymə zamanı
* saçların tökülməsi zamanı
Gicirtkın kökü öskürmə əleyhinə təsir göstərir. Onun dəmləməsindən dəri xəstəlikəri zamanı kompreslərin qoyulmasında fayda var. Gicirtkən dəmləməsi ağız boşluğu xəstəlikləri və angina zamanı da xəstəliyin əlamətlərini azaldır.
Gicirtkən çiçəyinin dəmləməsindən aşağıdakı hallarda istifadə edilir:
* soyuqdəymələrdə
* onkoloji xəstəliklər zamanı
* revmztizmdə
* böyrək daşları töküləndə
* dəri xəstəliklərində
* qurd xəstəliklrində
Gicirtkən şirəsi maddələr mübadiləsin yaxşılaşdırır, həzmi normallaşdırır, orqanizmdən şlakların xaric olmasını sürətləndirir.
" Prosmaforton" və "Bazoton"preparatları gicirtkənin kökündən hazırlanıb. Gicirtkən yarpaqlarıının şirəsinin tərkibi ödqovucu " Allaxol" dərmanının tərkibi ilə eynidir. Yaraların sağalması üçün, şiş xəstəlikləri zaman geniş istifadə edilən " Urtifilin" preparatı da gicirtkən kökündən hazırlanır.
Tibbi praktikada gicirtkənin yarpaqlarından, çiçəklərindən və zoğlarından istifadə edilir. Tibbdə gicirtkən dəmləməsindən avitaminozlar, böyrək xəstəlikləri, mədə xəstəlikləri zamanı istifadə edilir.
Gicirtkənin tərkibi xlorofil əmələ gətirmək qabiliyyətinə malikdir. Xlorofilin isə maddələr mübadiləsini sürətləndirdiyi, orqanizmə tonuslandırıcı təris elədiyi, ürək-damar və tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırdığı barədə məlumatlar elmə çoxdan məlumdur. Xlorofill hepatit xəstəliyinin müalicəsində rolu olan dərmanlar siyahısındadır.
Xalq təbabətinfdə gicirtkəndən aşağıdakı məqsədlərlə istifadə edilir:
* Qurudularaq, istiot və vazilenlə qarışdırılıb yaraların sağalması məqsədilə istifadə edilir.
* 2 xörək qaşığı yarpağı 1 stəkan suda dəmlənib gündə 3 dəfə, hər dəfə 1 stəkan qanaxmanı saxlamaq məqsədilə içilir
* Burun qanaxmalarında 1 xörək qaşığı 1 stəkan qaynar suda 10 dəqiqə qaynadılıb içilir.
* Revmatizma və podaqra zamanı 1 stəkan dəmləməsi gündə 4 dəfə qəbull edilir.
* Ağrılar zamanı gicirtkən yarpaqlarını və yemişan kökünü eyni miqdarda götürüb qynar su əlavə edərək su hamaminda yarım saat dəmləmək lazımdır. Bu dəmləməni gündə 4 dəfə, hər dəfə 1 stəkan olmaqla qəbul etdikdə bədəndə olan ağrılar azalır.
* Qəbizlik zamanı eyni miqdarda aloe, gicirtkən və yemişan yarpaqlarını dəmləyib içdikdə bağırsaqlar yumşalır.
Gicrtikən kökü
* Öskürmə zamanı kiçik bir hissə kökü az miqdar şəkər tozu ilə qarışdırıb yedikdə sağalma baş verir.
* İshal, mədə-bağırsaq pozğunluqları, aybaşı gecikmələri zamanı gicirtkənin 2 xörək qaşığı kökünü xırdalayıb 0,5 litr araqda 1 həftə saxlamaq lazımdır. Bu qarışımdan gündə 3 dəfə 30 damcı olmaq şərti ilə içmək xəstəliyin əlamətlərini azaldır.
Milli.Az
Gicirtkənın faydaları bitməz
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İlon Maskın “Odisseya”sı tənqidlərə tuş gəldi
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salındı
Bu gün
·
08:05
İlon Maskın “Odisseya”sı tənqidlərə tuş gəldi
Bu gün
·
07:16
Melaniya Tramp Ukraynaya yardım edəcək?
Bu gün
·
02:10
Süni intellektdən məsləhət aldı, həyatını itirdi
Bu gün
·
02:03
Güclü yağışlardan sonra ilan və timsahlar üzə çıxdı
Bu gün
·
01:08
Bu məktəbdə bir müəllim, bir şagird var
Bu gün
·
00:44
Prospektdə qəzaya görə yaranan məhdudiyyət aradan qaldırıldı
Bu gün
·
00:39
4 bürcün tezliklə həyatı dəyişəcək
Bu gün
·
00:30
“Müharibəyə hazırıq, amma istəmirik” - Putin
Bu gün
·
00:25
Bakının bu ərazilərində qaz olmayacaq
Bu gün
·
00:21
Leysan Məmmədov işdən çıxarıldı
Bu gün
·
00:15
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - Foto
Bu gün
·
00:04
Bakı və Abşeronun bu hissəsində işıq kəsiləcək
Dünən
·
23:16
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşdı
Dünən
·
23:07
Ölən şagirdin həyatı ilə bağlı yeni faktlar - “O qadın anası deyildi”
Dünən
·
23:05