İngiltərənin "Çelsi" klubu 2017/2018 mövsümündə vurulan ən yaxşı qolları seçir.

Publika.az xəbər verir ki, bu münasibətlə klubun rəsmi saytında səsvermə keçirilir.

Səsverməyə rəqib qapısından keçirilən 9 qol çıxarılıb. Bunlardan ikisi London təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a vurduğu qoldur: “Qarabağ”ın səfərdə 6:0 hesabı ilə məğlub olduğu oyunda David Zapakostanın vurduğu və “Çelsi”nin Bakıda keçirdiyi oyunda (4:0) Villianın vurduğu.

Yarış 10 may tarixində yekunlaşacaq və qalib həmin gün elan ediləcək. Xatırladaq ki, bu yarışın ötənilki qalibi Eden Azar olub.

Səsverməyə çıxarılan nominantlar:

Markos Alonso – “Tottenhem” (səfərdə)

Devid Zapakosta – “Qarabağ” (evdə)

Pedro – “Vatford” (evdə)

Alvaro Morata – “Mançester Yunayted” (evdə)

Eden Azar – “Vest Bromviç” (səfərdə, ilk qol)

Villian - “Qarabağ” (səfərdə)

Denni Drinkuoter - “Stok Siti” (səfərdə)

Villian – “Briqton” (səfərdə)

Olivier Ciroud - “Southampton” (İngiltərə Kuboku, yarımfinal)

Zümrüd