Küçədəki müşahidə kamerası ABŞ-ın Arizona ştatında yüngül motorlu təyyarənin yerə çarpılaraq alışıb yanması anlarını qeydə alıb.
6 nəfərin ölümünə səbəb olmuş faciəli insident aprelin 9-da yaşansa da, yerli polis görüntüləri indi açıqlayıb.
Milli.Az FOX5-a istinadən bildirir ki, Piper PA-24-260 Comanche monoplanı Skotsdeyl şəhər aerodormundan təqribən 400 metr kənara düşüb. Kadrdlarda görünür ki, təyyarə qəflətən sola tərəf meyllənib, sürətlə aşağı düşməyə başlayıb və qolf meydanına düşəndən sonra alışıb.
Səmaya qalxandan 15 dəqiqə sonra yerə düşən təyyarədə üç qadın və üç kişi vardı. Onlardan kimsə sağ qalmayıb.
Həlak olanlar 23 yaşlı Mera Kuqan və 22 yaşlı Helena Laqos, promouter Anand Patel, gecə klubunun aparıcısı və həvəskar pilot, 28 yaşlı Ceyms Pedrosa, 26 yaşlı Erik Valente və 23 yaşlı Ayris Karlina Qarsiya Rodrigesdir.
Ayris Rodriges Virciniya Universitetinin aspiranturasını başa vurmuşdu və vətəni Hondurasa qayıtmağa hazırlaşırdı.
Arizondan Nevada ştatındakı Las-Veqas şəhərinə uçan təyyarənin qalıqlarının araşdırılması və faciənin səbəbinin dəqiqləşdirilməsi ən azı 18 ay davam edəcək. Çünki polislər qəza zamanı təyyarənin sükanı arxasında kimin olduğunu hələ də bilmirlər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

