Cənubi Afrika Respublikasının "Maritsburq Yunayted" klubunun 21 yaşlı futbolçusu Luanda Ntsxanqase matç zamanı ildırım vurması nəticəsində ölüb.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə məlumat klubun "Facebook" səhifəsinə yerləşdirilib.
Klubun prezidenti Fərrux Kadodiya futbolçunun ailə üzvlərinə başsağlığı verib və vida mərasiminin keçirilməsində komanda tərəfindən maddi yardım göstəriləcəyini deyib.
Milli.Az