İngiltərə Premyer Liqasını tərk edən ilk klub müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Stok Siti" elita ilə vidalaşıb.

Bu, XXXVII turda "Kristal Pelas"la görüşdən sonra rəsmiləşib. Rəqibinə 1:2 hesabı ilə məğlub olan "Stok Siti" üçün 17-ci pillədəki komanda artıq əlçatmaz olub.

Bununla da, "Stok Siti"nin 10 illik Premyer Liqa macərası başa çatıb.

Milli.Az